Zlatan İbrahimoviç Çempionlar Liqasında iştirak etməyəcək

İDMAN

03 Fevral 2023 | 11:18

184 dəfə oxunub

İtaliyanın "Milan" komandasının futbolçusu Zlatan İbrahimoviç cari mövsüm UEFA Çempionlar Liqası oyunlarında iştirak etməyəcək.

REYD-in məlumatına görə, 42 yaşlı hücumçu qitənin bir nömrəli klub turniri üçün sifariş olunmayıb.

İsveçrəli forvard hazırda zədəsini sağaltmağa davam edir.

Bundan əlavə, "Milan"ın müdafiəçisi Serjinyo Dest də heyətdən kənarda qalıb. 23 yaşlı oyunçunu Malik Tşau əvəzləyib.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2022-ci ilin mayında əməliyyat olunub. "Milan" Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə təmsilçisi "Tottenhem" ilə üz-üzə gələcək.



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023