Suriyada hərbi məktəbə PUA ilə hücum zamanı ölənlərin sayı 89-a çatıb

DÜNYA

06 Oktyabr 2023 | 14:43

2811 dəfə oxunub

Suriyanın Xüms şəhərindəki hərbi məktəbə pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.
REYD
xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda 277 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl nazirlik ölənlərin 81, yaralananların isə 240 nəfər olması barədə məlumat yaymışdı.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023