Qaradağda evdə yanğın olub, bir nəfər ölüb

HADİSƏ

03 Oktyabr 2023 | 16:04

4496 dəfə oxunub

Bakıda yaşayış evində yanğın olub.

REYD xəbər verir ki, hadisə Qaradağ rayonu, Ümid qəsəbəsində baş verib. Hadisə nəticəsində bir nəfər yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən REYD-ə verilən xəbərə görə, Ümid qəsəbəsində birmərtəbəli yaşayış evində yanğın olması ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb və yaxınlığında olan evlərə keçməsinin qarşısı alınıb. Yanğın olan ərazidə aparılan tədqiqat zaman bir nəfərin meyiti aşkarlanıb.

 

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023