Bakıda məhkumun vaxtilə gizlətdiyi silah aşkarlanıb

HADİSƏ

03 Oktyabr 2023 | 12:18

4362 dəfə oxunub

Bakıda məhkumun vaxtilə gizlətdiyi silah aşkarlanıb.

Bu barədə REYD-ə Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd qundağı kəsik ov tüfəngi Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində boşluq ərazidə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023