Paytaxtda beşmərtəbəli binada yanğın olub, bir nəfər ölüb

HADİSƏ

03 Oktyabr 2023 | 10:23

4335 dəfə oxunub

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti yanıb.

REYD xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023