Sumqayıtda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

HADİSƏ

04 Oktyabr 2023 | 12:08

6096 dəfə oxunub

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib.

Sumqayıt şəhər prokurorluğundan REYD-ə verilən məlumata görə, iyunun 26-da 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1993-cü il təvəllüdlü Balafər Muradovun qeyd edilən tarixdə Sumqayıt şəhəri, Beton zavod ərazisində yaşadığı evdə arvadı Leyla Muradovanı aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Balafər Muradova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023