Bu gün “Qarabağ”ın oyunu var

İDMAN

05 Oktyabr 2023 | 14:17

2662 dəfə oxunub

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

REYD xəbər verir ki, H qrupunda yer alan Ağdam təmsilçisi səfərdə İsveçin “Hakken” komandası ilə qarşılaşacaq.

“Hakken” ilk turda Almaniya nəhəngi “Bayer”ə 0:4 hesabıyla uduzub. “Qarabağ” isə Norveçin “Molde” komandasına Bakıda 1:0 hesabıyla qalib gəlib. Bu gün qrupun digər matçında “Bayer” “Molde”nin qonağı olacaq.

Avropa Liqası H qrupu 5 oktyabr 23:00.

“Hakken” – “Qarabağ”

Baş hakim: Sebastyan Qişamer (Avstriya).

Göteborq, “Ullevi” stadionu.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023