Messi gələcəyi ilə bağlı sualı cavablandırdı

İDMAN

22 Sentyabr 2023 | 11:48

1409 dəfə oxunub

ABŞ-nin “İnter Mayami” futbol klubunun argentinalı hücumçusu Lionel Messi gələcəyi ilə bağlı sualı cavablandırıb.

REYD xəbər verir ki, onun sözlərini “Infobae” yayıb.

“Karyeranın sonu? Bu barədə düşünmək istəmirəm, çünki etdiyim işi sevirəm. Avropanı tərk edib bura gəlməklə mühüm addım atdım. Növbəti addım haqqında düşünmək istəmirəm, oyundan həzz almaq istəyirəm. Sevdiyim işlə məşğul olduğum üçün şanslıyam, bundan həzz alıram”, - Messi deyib.

Qeyd edək ki, Messi iki il Fransanın PSJ klubunda oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib. “İnter Mayami”də keçirdiyi 12 oyunda Messi 11 qol vurub və 5 məhsuldar ötürmə edib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023