Azərbaycan taekvondoçuları Cənubi Koreyada hazırlıq keçir

İDMAN

29 Sentyabr 2023 | 10:03

1182 dəfə oxunub

Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası Cənubi Koreyada təlim-məşq toplanışındadır.

REYD-in məlumatına görə, Yonqin şəhər Universitetdə hazırlıq keçən komandaya baş məşqçi Sun Mi Park və Sənan Həşimov rəhbərlik edirlər.

Məşqlərə Minaya Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidova cəlb olunublar. Toplanışda millimizlə yanaşı, Kanada, Seul, Jeju və digər yerli bölgələrdən tələbə taekvondoçular da iştirak edirlər.

Komanda məskunlaşdığı Çunçeon şəhərinin akademiyasında da hazırlıq keçir. Oktyabrın 9-dək davam edəcək toplanışın növbəti günlərində sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023