Ronaldinyo 2000-ci illərin ən yaxşı futbolçusu seçilib

İDMAN

28 Sentyabr 2023 | 10:08

1103 dəfə oxunub

"Barselona"nın və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo 2000-ci illərin ən yaxşı futbolçusu seçilib.

REYD xəbər verir ki, bu barədə Birləşmiş Krallığın "FourFourTwo" jurnalı 50 oyunçunun reytinqini tərtib edib

Sırf bu müddət ərzində tamaşaların rəyi nəzərə alınıb.

Ronaldinyo Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu olub.

2004 və 2005-ci illərdə Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən dünyanın ən yaxşı futbolçusu seçilib.

Braziliyalı 2005-ci ildə "Qızıl top"u qazanıb.

Müxtəlif vaxtlarda "Qremio", "Flamenqo", "Atletiko Mineyro", "Fluminense", "Paris Sen-Jermen" və "Milan"da çıxış edib.

Ronaldinyo 2018-ci ildə təqaüdə çıxıb.

2000-ci illərin ən yaxşı 10 futbolçusu:

1. Ronaldinyo (Braziliya);
2. Zinəddin Zidan (Fransa);
3. Kaka (Braziliya);
4. Tiyeri Anri (Fransa);
5. Kriştianu Ronaldu (Portuqaliya);
6. Xavi (İspaniya);
7. Ronaldo (Braziliya);
8. Andres İnyesta (İspaniya);
9. Zlatan İbrahimoviç (İsveç);
10. Lionel Messi (Argentina).



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023