“Luna-25”in qəzaya uğramasının əsas səbəbi açıqlanıb

DÜNYA

03 Oktyabr 2023 | 13:12

4352 dəfə oxunub

Roskosmos “Luna-25” stansiyasının qəzaya uğramasının ən çox ehtimal olunan səbəbini açıqlayıb.

REYD-in Moskva müxbiri xəbər verir ki, qurumdan verilən açıqlamada bildirilib ki, qəzaya səbəb bortda idarəetmə blokunun işindəki xəta olub.

Belə ki, idarəetmə bloku hansı komandaların birinci yerinə yetiriləcəyini müəyyən edə bilməyib.

Qeyd edək ki, avqustun 11-də Vostoçnı Kosmodromundan son 50 ildə ilk yerli Ay stansiyasına malik Soyuz 2.1b raketi buraxılıb.

Avqustun 16-da cihaz Ayın orbitinə daxil olub. Avqustun 19-da eniş öncəsi orbitə keçid, avqustun 21-də isə Ayın Cənub qütbünə yumşaq eniş gözlənilib. Lakin avqustun 19-da Roskosmos stansiyanın göyərtəsində fövqəladə vəziyyətin baş verdiyini və bunun eniş öncəsi orbitə keçidə imkan vermədiyini açıqlayıb.

Ertəsi gün dövlət korporasiyası “Luna-25”in kənar orbitə keçdiyini və Ayla toqquşduğunu açıqlayıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023