Yamal İspaniya çempionatları tarixində ən gənc qol vuran futbolçu olub

İDMAN

09 Oktyabr 2023 | 09:33

6187 dəfə oxunub

"Barselona"nın hücumçusu Yamal Lamin İspaniya çempionatları tarixində ən gənc qol vuran futbolçu olub.

REYD xəbər verir ki, o buna “Qranada” ilə oyunda müvəffəq olub.

İspaniya çempionatının IX turu çərçivəsində səfərdə “Qranada” ilə 2:2 bitən matçda ispan futbolçu birinci hissəyə əlavə edilən dəqiqqələrdə fərqlənib.

Bununla Yamal İspaniya çempionatında ən gənc qol vuran futbolçu olub.

Hücumçu bu uğura qolu 16 yaş 87 günlüyündə sahib olub.

Bundan əvvəlki nailiyyət 2012-ci ilin avqustunda “Malaqa” ilə “Selta Viqo”ya (1:0) qol vuran 16 yaş 98 günlük Fabris Olinqaya məxsus idi.

Bundan əvvəl Yamal İspaniya millisinin tarixində də ən gənc oyunçu kimi qol vurmuşdu. Futbolçu ötən ay 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığmasına qarşı keçirilən oyunda (7:1) qol vurmağı bacarıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023