Şahruddinin komandası “Trabzonspor”a qalib gəldi

İDMAN

07 Oktyabr 2023 | 13:22

2630 dəfə oxunub

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Demirspor” Türkiyə Superliqasında 8-ci turun oyununa çıxıb.

REYD xəbər verir ki, komanda doğma azarkeşləri önündə “Trabzonspor”u qəbul edib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ş. Məhəmmədəliyev görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Oyuna yeganə qolu matçın 29-cu dəqiqəsində Nani vurub.

Qeyd edək ki, bu nəticədən sonra Adana təmsilçisi 17 xalla (8 oyun) 3-cü pillədə qərarlaşıb. “Fənərbaxça” 21 xalla (7 oyun) 1-ci, “Qalatasaray” 19 xalla (7 oyun) 2-cidir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023