Xudatda narkotik satışına görə 2 qadın saxlanılıb

HADİSƏ

03 Oktyabr 2023 | 11:06

7375 dəfə oxunub

Xudatda narkotik satan dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan REYD-ə verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakinləri Rəvan Seyidov, Sevcan Zayumova və Humay Məmmədova saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə və yaşdıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rəvan Seyidovun barəsində həbs, daha iki qadından birinin barəsində ev dustaqlığı, digəri barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023