İran Oman körfəzində 6 ton narkotik daşıyan qaçaqmalçıları saxlayıb

DÜNYA

02 Oktyabr 2023 | 12:29

1432 dəfə oxunub

Oman körfəzində 6 ton narkotik daşıyan 4 qayıq İran tərəfindən saxlanılıb.

REYD “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Sərhəd Qoşunları komandanı bildirib.

Onun sözlərinə görə, İranın Hərbi Dəniz Qüvvələrinin Çabahardakı bazasının sərhədçiləri iki əməliyyat keçirib və ölkəyə su sərhədindən keçməyə cəhd edərək narkotik aparmaq istəyən qaçaqmalçıları saxlayıb.

Oman dənizində narkotik vasitələrin daşınmasını həyata keçirməyə cəhd edən 2 dəstənin üzvləri, ümumilikdə 17 nəfər saxlanılıb, 4 qayıq müsadirə edilib.

Qayıqlara baxış keçirilən zaman 6 ton müxtəlif narkotik vasitələr və silah-sursat, o cümlədən 21 ədəd atıcı silah, 2100 ədəd patron və 42 ədəd patron darağı aşkar edilib.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023