Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib

İDMAN

22 Noyabr 2022 | 17:53

1542 dəfə oxunub

Zinəddin Zidanın Fransa yığmasının sükanı arxasına keçəcəyi vaxt müəyyənləşib.

REYD-in xarici mətbuata istinadən məlumatına görə, “Real”ın sabiq çalışdırıcısı 2023-cü ilin ilk ayından millidə çalışacaq.

Hazırda Qətərdə keçirilən dünya çempionatından sonra baş məşqçi Didye Deşamla yollarını ayıracaq Fransa Futbol Federasiyası Zidanla müqavilənin şərtlərini razılaşdırıb. 50 yaşlı mütəxəssisin təyinatı yanvarda açıqlanacaq.

Qeyd edək ki, Zinəddin Zidan məşqçilik karyerası ərzində yalnız “Real”da çalışıb. O, “kral klubu”ndan ötən il ayrılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023