"Sumqayıt" Araz Abdullayevlə müqavilə imzalayıb

İDMAN

15 Yanvar 2022 | 11:34

5186 dəfə oxunub

“Sumqayıt” dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

Report "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 aylıq müqavilə imzalanıb.

30 yaşlı yarımmüdafiəçinin sözləşməsi daha iki il artırıla bilər. Azərbaycan millisinin üzvü komandada 78 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Araz Abdullayev “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi “Neftçi”, “Panionios” (Yunanıstan) “Qəbələ”, “Anortosis” (Kipr), “Qarabağ” və “Boluspor” (Türkiyə) kimi klubların uğurları üçün də çalışıb.

 



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023