Şəxsi məşqçisi olimpiya çempionunu döyüb

İDMAN

04 Dekabr 2021 | 10:52

1948 dəfə oxunub

Fransalı cüdoçu Marqo Pino xoşagəlməz hadisə ilə üzləşib.

REYD-in məlumatına görə, bu barədə 27 yaşlı olimpiya çempionu özünün sosial şəbəkə hesabında paylaşım edib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi şəxsi məşqçisi Alen Şmidtin fiziki zorakılığına məruz qaldığını yazıb: "Dava mənim evimdə baş verdi. Şmidt əvvəlcə sifətimə yumruqla zərbə endirərək, başımı yerə vurdu, ardınca isə boğmağa cəhd etdi. Məni öldürmək istəyirdi. Cüdo fəndləri ilə onun əlindən xilas oldum və dərhal qonşuları köməyə çağırdım".

Bundan sonra məşqçi həbs olunsa da, dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıb.

Qeyd edək ki, Marqo Pino Tokio-2020-də qarışıq komanda yarışında qalib olub. O, həm də Avropa çempionu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və dünya üçüncüsüdür.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023