Qvardiola: “Qalatasaray”a azarkeşlik edəcəm”

İDMAN

13 Yanvar 2022 | 13:40

3072 dəfə oxunub

“Torren çox önəmli və güclü taktika məşqçisidir”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Qalatasaray”ın yeni çalışdırıcısı Domenek Torren barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis “Barselona”, “Bavariya” və “Mançester Siti”də köməkçiliyini etmiş Torrenin Türkiyə klubuna keçidini dəyərləndirib. Qvardiolanın fikrincə, “cim-bom” rəhbərliyi doğru seçim edib: “Domenek intizamı sevən, çalışqan mütəxəssisdir. Fikrimcə, o, “Qalatasaray” üçün doğru seçimdir. Bu komandanın oyunlarını mütləq izləyəcəyəm. Artıq mən də “Qalatasaray”a azarkeşlik edəcəyəm”.

Qeyd edək ki, Fatih Terimlə yollarını ayıran “Qalatasaray” Domenek Torrenlə mövsümün sonuna qədər müqavilə imzalayıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023