Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

İDMAN

23 Noyabr 2022 | 14:36

1220 dəfə oxunub

“Mançester Siti” baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalayıb.

REYD xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Premyer Liqa təmsilçisi ispaniyalı mütəxəssislə 2025-ci ilə qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkib. 51 yaşlı çalışdırıcı komandada transfer strategiyası və müqavilələrlə birbaşa məşğul olacaq.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən İngiltərə klubuna rəhbərlik edir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023