"Qarabağ"ın rəqibi milyarderə satılıb

İDMAN

19 Oktyabr 2021 | 14:19

2229 dəfə oxunub

Kiprin "Omoniya" klubu İngiltərədə yaşayan milyarder Con Xristoduluya satılıb.

REYD-in "Financial Mirror" nəşrinə istinadən məlumatına görə, kiprli biznesmen hazırkı investor Stavros Papastavruya 28 milyon avro ödəyib. Artıq bu barədə UEFA da məlumatlandırılıb.

Papastavru klubu 2018-ci ildə maliyyə böhranından xilas edib.

Qeyd edək ki, "Omoniya" UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. İki komanda arasında Kiprdə keçirilmiş görüş Azərbaycan təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Yerli çempionatda isə "Omonniya" 7-ci yerdə gedir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023