“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

İDMAN

04 Oktyabr 2022 | 15:35

1886 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu öncəsi bir dəqiqəlik sükut olacaq.

REYD-in UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərarı qitə futbol qurumu verib.

Qərara əsasən, bu həftə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bütün matçlarından öncə İndoneziyanın “Kanjuruhan” stadionunda baş verən faciəvi hadisənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Qeyd edək ki, oktyabrın 6-da Pireydə keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023