Elnur Əşrəfoğlu süni tənəffüs aparatına qoşulub

İDMAN

20 Sentyabr 2021 | 18:17

1454 dəfə oxunub

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

REYD xəbər verir ki, jurnalistin müalicə aldığı "Yeni Klinika"dan "Report"a bildirilib ki, E.Əşrəfoğlunun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb.

"Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil", - klinikadan bildirilib.

ACF-nin baş katibi Elmar Babanlı isə "Report"a açıqlamasında E.Əşrəfoğlunun müalicə aldığı klinika və ailə üzvləri ilə daim əlaqədə olduqlarını bildirib. Onun sözlərinə görə, iş yoldaşının müalicəsi üçün bütün lazımi tədbirlər görülür: "Onun səhhəti daimi nəzarətdədir".

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023