Azərbaycanlı hakim Avropa çempionatında 1/4 final mərhələsinin oyununu idarə edəcək

İDMAN

26 May 2023 | 17:33

517 dəfə oxunub

Azərbaycanın FIFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının əsas mərhələsində daha bir oyuna təyinat alıb.

REYD AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1/4 final mərhələsinin Polşa - Serbiya matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar köməklik göstərəcək. Görüş mayın 27-də baş tutacaq.

Qeyd edək ki, U-17 Avropa çempionatı Macarıstanda təşkil olunur. Elçin Məsiyev daha əvvəl Şotlandiya - Fransa qarşılaşmasını da idarə edib.



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023