Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub

İDMAN

04 Oktyabr 2022 | 11:12

1796 dəfə oxunub

Bakıda Azərbaycan və Polşa yığmaları arasında keçiriləcək futzal üzrə dünya çempionatının seçmə oyununun hakim təyinatları bəlli olub.

REYD-in məlumatına görə, qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Aslan Qalayevə Talqat Kosmuxambetov və Turexam Tursumbayev köməklik göstərəcək. Hakim-inspektor isə almaniyalı Eichler Sven olacaq.

II turda səfərdə Yunanıstanla görüşü isə isveçli Ademir Avdiç idarə edəcək. Ona David Qlavonjiç və George Jansizian yardımçı olacaq. Sloveniyalı Vilvo Borosak hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan millisi, 4 gün sonra Yunanıstanın qonağı olacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023