Avropa çempionatında çıxış edəcək Azərbaycan akrobatlarının adları açıqlanıb

İDMAN

20 Sentyabr 2021 | 10:02

2370 dəfə oxunub

Sentyabrın 29-da İtaliyanın Pezaro şəhərində keçiriləcək akrobatika üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beş gün davam edəcək yarışda 7 idmançı çıxış edəcək.

Raziyə Seyidli və Ağasif Rəhimov qarışıq cütlük proqramında çıxış edəcək. Qadın qrupunda Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə, kişi cütlüyü proqramında Daniel Abbasov və Murad Rəfiyev mübarizə aparacaq.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023