“Arsenal” İtaliya klubundan hücumçu alır

İDMAN

25 May 2023 | 13:13

138 dəfə oxunub

“Arsenal” yay transfer dövründə hücumçu ilə güclənməyə qərar verib.

REYD-in məlumatına görə, İngiltərə klubu Antonio Sanabriyanı heyətinə qatmaq fikrindədir.

“Torino”nun 27 yaşlı hücumçusunun keçidi ilə bağlı danışıqlar başlayıb. Transferin 21,5 milyon funt strlinqə gerçəkləşəcəyi gözlənilir.

Sanabriya cari mövsümdə 34 dəfə meydana çıxıb. 12 qol vuran hücumçu 3 məhsuldar ötürmə verib.

Qeyd edək ki, paraqvaylı forvard üçün İtaliyanın iddialı klubları da mübarizə aparır. “Milan” və “Napoli” onu heyətinə qatmaq istəyir.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023