Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinematoqraflarını əməkdaşlığa dəvət edib

MƏDƏNİYYƏT

21 Aprel 2023 | 16:22

1024 dəfə oxunub

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kino idarəsinin müdiri Erkin Yılmaz Azərbaycan kinematoqraflarını əməkdaşlığa dəvət edib.

REYD xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi" panelində Türkiyə Mədəniyyət və Turizm nazirliyinin kino idarəsinin müdiri Erkin Yılmaz deyib.

Erkin Yılmaz qeyd edib ki, Azərbaycan film istehsalçıları Türkiyə film istehsalçıları ilə əməkdaşlıq edə bilərlər: "Azərbaycan rejissorlarından gələn hər bir layihə bizim üçün qiymətlidir. Bunun üçün qaydalar son dərəcə sadədir".

Türkiyə filmlərinin dünyada məşhurlaşmasından da danışan Erkin Yılmaz qeyd edib ki, bunun sayəsində dünyada xeyli adam türkcə salamlaşır, Türkiyə mədəniyyətini mənimsəyir: "Bunları ona görə deyirəm ki, Azərbaycanla ortaq mədəniyyətimiz var. Məncə Türkiyə seriallarının dünyada sevilməsinin səbəbi hekayələrimizdir".



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023