ABŞ Kino Akademiyası “Oskar” nominasiyasına tələblərini dəyişir

MƏDƏNİYYƏT

22 Iyun 2023 | 15:12

1149 dəfə oxunub

ABŞ Kino Akademiyası 2025-ci ildən etibarən “Oskar” nominasiyası üçün tələbləri dəyişəcək.

REYD “The Hollywood Reporter”ə istinadən xəbər verir ki, yeni tələblərə görə, "Ən yaxşı film" mükafatına namizəd olan filmlər 7 gün ardıcıl kinoteatrlarda nümayiş etdirilməlidir.

Qeyd olunub ki, yeni standart kinoteatrları dəstəkləmək və onların əhəmiyyətini qabartmaq üçün Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən qəbul edilib.

Qaydaya əsasən, filmin prokatı 24 yanvar 2025-ci ildən gec olmayaraq başa çatmalıdır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023