Paşinyan NATO rəsmisi ilə Azərbaycanla sərhədin demarkasiyasını müzakirə edib

SİYASƏT

23 May 2023 | 16:26

1164 dəfə oxunub

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

REYD xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki və Qarabağdakı vəziyyəti, Ermənistanla NATO arasında tərəfdaşlıq və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Dialoq əsnasında Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası, regionda təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məsələləri, Laçın-Xankəndi yolundakı vəziyyət də müzakirə mövzusu olub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023