DTX Qarabağın erməni sakinlərini qeyri-qanuni hərəkətlərdən çəkinməyə, silah-sursatı qısa müddətdə təhvil verməyə çağırır

SİYASƏT

25 Sentyabr 2023 | 10:27

1085 dəfə oxunub

DTX Qarabağın erməni sakinlərini qeyri-qanuni hərəkətlərdən çəkinməyə, silah-sursatı qısa müddətdə təhvil verməyə çağırır.

REYD xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Qarabağ bölgəsinin erməni sakinlərinə müraciətində deyilir.

“Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023