Peskov: Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək

SİYASƏT

25 Sentyabr 2023 | 15:08

1099 dəfə oxunub

Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir.

REYD-in Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Rusiya sülhməramlılarının yaxın gələcəkdə Qarabağda qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Hələlik kimsə bunu deyə bilməz. Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər. Bakı ilə təmaslarımızı davam etdiririk, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik. Hazırda bu iş davam edir", - deyə Peskov vurğulayıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023