Bu uşaqlara müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq

CƏMİYYƏT

20 Avqust 2022 | 10:58

2454 dəfə oxunub

Nazirlər Kabineti “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edib.

REYD xəbər verir ki, qərara görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır və həmin müddət Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq 1 ildən çox olmayan dövrü əhatə etməsi barədə dəqiqləşdirilir. 

Sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin bir hissəsi deyil, bütün gəlirləri qazanc kimi diqqətə alınaraq müavinətin məbləğinin hesablanmasında nəzərə alınır. Eyni zamanda, 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün müavinətin avtomatlaşdırılmış qaydada təyin olunması və verilməsi barədə norma əlavə olunur.

2021-ci ilin yanvarın 1-dən əvvəl doğulmuş uşaqlar üçün isə uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedən tərəfindən müraciət edildikdə veriləcək. Belə ki, qərarla əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır.

Qeyd edək ki, uşağın anadan olmasına görə müavinət Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023