Masallı sakinindən “Kalaşnikov” və narkotik aşkarlanıb - FOTO

CƏMİYYƏT

28 Aprel 2023 | 10:08

605 dəfə oxunub

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Nuriyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan REYD-in cənub bürosuna verilən məlumata görə, keçirilən baxış zamanı onun üzərindən yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində E.Nuriyevin Masallı şəhəri ərazisində yerləşən istifadəsiz yarımtikilidə gizlətdiyi 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd daraq və 4 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

 



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023