Muğanlı-İsmayıllı-Qəbələ yolunda köçürülməsi mümkün olmayan ağaclar götürülüb, yerinə daha çoxu əkiləcək

CƏMİYYƏT

11 May 2023 | 17:30

1272 dəfə oxunub

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda yaşıllıq zonasına düşən və götürülməsinə zərurət yaranan ağacların əvəzinə götürüləndən daha çox ağac əkiləcək.

REYD xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev deyib. O bildirib ki, yolun genişləndirilməsi zamanı yaşıllıq zonada olan ağaclar sayılıb və onlardan köçürülə bilməyənlərin kompensasiya edilməsi üçün birmənalı olaraq daha çox ağac əkilməsi nəzərdə tutulub:

"Tikinti aparılan sahədə köçürülməsi mümkün olmayan ağaclar götürülüb, yerinə daha çox ağac əkiləcək. Meşə fonduna aid olmayan diametri kiçik olan ağaclar isə yeni ərazilərə köçürülürlər. Buna görə qərara alınıb ki, köçürülə bilməyən ağacların əvəzinə ən azı iki dəfə daha çox ağac əkilsin".



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023