4200 uşaq reabilitasiyaya cəlb ediləcək

CƏMİYYƏT

17 May 2022 | 16:15

3064 dəfə oxunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında "Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" layihəsinə başlanacaq.

Bu barədə REYD-ə nazirlikdən xəbər verilib.Bildirilib ki, layihə üzrə Bakının rayonları da daxil olmaqla 42 rayon və şəhərdə sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərəcək. Bu mərkəzlərə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlardan ibarət 4200 uşaq cəlb olunaraq reabilitasiya xidmətləri ilə təmin ediləcək.

Mərkəzlərdə uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılacaq.

Layihə çərçivəsində hər bir region üzrə 100 nəfər sağlamlıq imkanları məhdud uşağa sosial-psixoloji, tibbi reabilitasiya, abilitasiya, habelə ailəsinə dəstək və maarifləndirmə yönümlü xidmətlərin göstərilməsi planlaşdırılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023