Vətən müharibəsində yaralanan hərbçilərin sayı açıqlanıb

Zəfər yolu

14 Aprel 2022 | 16:46

3412 dəfə oxunub

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sayı açıqlanıb.

REYD xəbər verir ki, müharibə zamanı 11 110 nəfər yaralanıb.

Yaralı hərbçilərin hamısına vaxtında tibbi yardım göstərilib və döyüş meydanından təxliyə olunublar.

Aprelin 14-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11 110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2908 nəfər hərbi qulluqçusu şəhid olub, 6 hərbçi itkin düşmüş sayılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023