Qusarda Zəfər forumu keçirilib

Zəfər yolu

25 Oktyabr 2022 | 17:19

2409 dəfə oxunub

Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 25-də Qusar rayonu olub. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının iştirakı ilə keçirilən Zəfər forumu Qusar rayon Mədəniyyət Mərkəzində təşkil olunub.

REYD-in şimal bürosunun verdiyi məlumata görə, forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər. Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov forum iştirakçılarını salamlayıb. Bütün xalqımız kimi qusarlıların da hər zaman Heydər Əliyev ideyalarına sadiq olduqlarını qeyd edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açıb. Növbəti Zəfər Forumunun Qusarda keçirilməsinin onlara göstərilən böyük etimad kimi dəyərləndirib və bundan sonra da Vətənə, xalqa, dövlətə sadiq vətəndaşların yetişdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bu Qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlıq və şücaətinin, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin, Azərbaycan-Türkiyə qardaşlığının və Prezident İlham Əliyevin sərkərdəlik məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun Qələbəsi olduğunu qeyd edib. Qeyd edək ki tədbir çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Əsgərə Məktub” layihəsi də həyata keçirilir. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər. Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub. Tədbir iştirakçıları əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar. Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib. Qeyd edək ki, növbəti forumlar Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023