Ukraynada müharibə zamanı 15 mindən çox insan itkin düşüb

DÜNYA

25 Noyabr 2022 | 10:28

1635 dəfə oxunub

Rusiyanın apardığı müharibə zamanı Ukraynada 15 mindən çox insan itkin düşüb.

REYD BBC-yə istinadən xəbər verir ki, bu barədə İtkin Düşmüş Şəxslərlə bağlı Beynəlxalq Komissiyanın Avropa üzrə nümayəndəsi Metyu Hollidey bildirib.

Onun sözlərinə görə, məcburi şəkildə Rusiyaya köçürülənlərin və bu ölkədə saxlanılanların, eləcə də öldürüldükdən sonra naməlum məzarlıqlarda basdırılanların sayı hələ məlum deyil.

M.Hollidey “Reuters” agentliyinə müsahibəsində bildirib ki, ehtimallara əsasən, Ukraynada itkin düşənlərin axtarışı hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra da uzun illər davam edəcək.

O, itkin düşənlərlə bağlı rəqəmlərin böyük olduğunu Ukraynanın üzləşdiyi problemlərin isə çoxluğunu vurğulayıb.

Metyu Hollidey bildirib ki, itkin düşənlərin və ölənlərin çoxu müharibə cinayətlərinin qurbanıdır və günahkarlar məsuliyyətə cəlb edilməlidir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023