Tailandda idman meydançasının damı uçub, 7 tələbə həlak olub

DÜNYA

23 May 2023 | 12:31

120 dəfə oxunub

Tailandda idman meydançasının damının uçması nəticəsində 7 tələbə həlak olub.

REYD xəbər verir ki, bu barədə “The Bangkok Post” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Phiçit əyalətində baş vermiş hadisə nəticəsində 18 nəfər də xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Baş vermiş faciəyə səbəb kimi güclü küləklə müşayiət olunan leysan göstərilib. Bundan əlavə, əyalətin bir sıra rayonlarında güclü külək bir neçə evin damını uçurub.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023