Rusiyaya qarşı müharibədə iştirak edən ölkə vətəndaşlarını 20 ilədək həbs gözləyir

DÜNYA

14 Iyun 2022 | 18:57

5785 dəfə oxunub

Dövlət Duması rusiyalıların Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlarda iştirakına görə 20 ilədək müddətə azadlıqdan məhrum etmə və Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı tədbirlər görməyə yönəlmiş ictimai çağırışlara görə 2,5 milyon rubla qədər cərimə ilə 7 ilədək həbs cəzasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

REYD-in məlumatına görə, qanun layihəsi Rusiya Federasiyasının Cinayət Məcəlləsinə 280.4-cü “Dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətin həyata keçirilməsinə ictimai çağırışlar” maddəsinə yeni əlavə edilməsini təklif edir.Bu hərəkətlər 100 mindən 500 min rubla qədər cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni cinayət mütəşəkkil qrup tərəfindən və ya zorakılıq hədəsi ilə törədilən oxşar hərəkətlər 500 min rubldan 2,5 milyon rubla qədər cərimə ilə beş ildən yeddi ilədək həbs cəzası ilə cəzalandırılır.

Qanun layihəsinin normalarında həmçinin Rusiya vətəndaşlarının xaricdə Rusiya Federasiyasının maraqlarına qarşı hərbi əməliyyatlarda iştirakının 500 min rubla qədər cərimə ilə 20 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacağının müəyyən edilməsi də təklif edilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023