Rusiyada su hövzələrində ölənlərin sayı 632 nəfərə çatıb

DÜNYA

30 May 2023 | 17:21

425 dəfə oxunub

Rusiyada cari ilin əvvəlindən su hövzələrində ölənlərin sayı 632 nəfərə çatıb.

REYD xəbər verir ki, bu barədə Rusiya FHN Sularda Xilasetmə Xidmətinin Kiçikhəcmli Gəmilərə Nəzarət Dövlət Müfəttişliyi Şöbəsinin rəhbəri Andrey Peçenin bildirib.

Onun sözlərinə görə, bu ilin 28 may tarixinə qədər olan dövr ərzində Rusiyanın su hövzələrində 847 hadisə (keçən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artım) qeydə alınıb, nəticədə 632 nəfər, o cümlədən 62 uşaq ölüb.

Peçenin qeyd edib ki, son iki ildə ölən uşaqların sayında artım yoxdur və ölüm saylarını azaltmaq üçün müxtəlif profilaktik tədbirlər həyata keçirilir.

Həmçinin əlavə olunub ki, Rusiyada kiçik qayıqların qəzaya uğradığı 39 hal qeydə alınıb və nəticədə 33 nəfər ölüb.

İlin əvvəlindən su hövzələrində 867 nəfər xilas edilib.

 



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023