Rusiya Tacikistandakı bazasında hərbi təlimlər keçirir

DÜNYA

18 Yanvar 2022 | 10:31

2736 dəfə oxunub

Rusiyanın Tacikistandakı hərbi bazasının poliqonunda min hərbçinin iştirakı ilə təlimlər başlayıb.

REYD “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin Mətbuat Xidməti bildirib.

Məlumata görə, Rusiyanın Tacikistandakı 201-ci hərbi bazasının Lyaur və Sambuli dağlıq poliqonlarında min hərbçinin iştirakı ilə taktiki təlimlər başlayıb.

Xatırladaq ki, bu bazada sonuncu hərbi təlimlər 2021-ci ilin iyununda keçirilib.

201 saylı hərbi hissə Rusiyanın xaricdəki ən böyük bazasıdır. O, Düşənbə və Boxtar şəhərlərində yerləşir. Onun tərkibində motoatıcı, tank, artilleriya, kəşfiyyat, Hava Hücumundan Müdafiə, rabitə taborları var. Bu bazanın 2042-ci ilədək bu ölkədə qalması barədə sazişi 2012-ci ilin oktyabrında Tacikistan parlamentinin aşağı palatası təsdiqləyib.

Tacikistanda Rusiya hərbi bazası 2000-ci illərin ortalarında keçmiş sovet ordusunun 201-ci motoatıcı diviziyasının əsasında yaradılıb. Rusiya hərbi bazaya görə Tacikistana pul ödəmir, əvəzində ölkəyə silah və hərbi texnika ilə yardımı edir



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023