Rusiya neft hasilatını 5-8% azalda bilər

İQTİSADİYYAT

26 May 2022 | 14:58

3065 dəfə oxunub

Bu il Rusiya 480-500 mln. ton arası neft hasil edə bilər ki, bu da illik müqayisədə 5-8% azalma deməkdir.

REYD Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.Onun sözlərinə görə, ötən il Rusiya 524 mln. ton neft hasil edib, bu il isə bu göstərici 4,6%-8,4% diapazonunda azala bilər.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2022-ci ildə Rusiyada neft hasilatı baza ssenaridə 9,3% azalaraq, 475,3 mln. tona, konservativ ssenaridə isə 17,2% azalaraq, 433,8 mln. ton təşkil edəcək.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023