Səhiyyə xərcləri 3,5 faiz artırılır

İQTİSADİYYAT

21 Sentyabr 2023 | 14:46

1102 dəfə oxunub

Gələn il səhiyyə xərclərinin büdcə xərclərinin 5,2 %-ni təşkil edəcək.

REYD xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən səhiyyə xərclərinə 1871,3 milyon manat (xüsusi çəkisi 5,2 faiz) ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, bu il səhiyyə xərcləri 1 804 957 451 manat olub. Beləliklə, səhiyyə xərcləri 3,5 faizdən çox artırılır.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023