Müharibə başlayandan Gürcüstana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb

DÜNYA

04 Oktyabr 2022 | 15:00

1688 dəfə oxunub

Rusiya ilə müharibənin başlamasından sonra 25 990 Ukrayna vətəndaşı Gürcüstana gəlib.

REYD-in yerli bürosu xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib. Onun sözlərinə görə, Gürcüstana gələn ukraynalıların 6 980 nəfəri azyaşlılardır.

Kasyanov qeyd edib ki, Ukraynanın Gürcüstana yeni səfir təyin etməsi məsələsi ikitərəfli əlaqələrin gündəliyindədir. O, Gürcüstan və Ukrayna xarici işlər nazirlərinin bu məsələni müxtəlif formatlarda müzakirə etdiyini vurğulayıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023