Marneulidə 15 yaşlı qız evdən qaçıb

DÜNYA

03 Fevral 2023 | 12:21

257 dəfə oxunub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun kəndlərindən birində 15 yaşlı qız evdən qaçıb.

REYD “Aktual.ge” portalına istinadən xəbər verir ki, hadisə fevralın 2-də baş verib. Bir neçə gün əvvəl zorla nişanlandırıldığı bildirilən yeniyetmənin dünən səhər saat 4 radələrində evdən qaçdığı bildirilir.Ailəsi məsələ ilə əlaqədar polisə müraciət edib və hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetmənin axtarışına başlayıb.

Hazırda onun harada olduğu bilinmir.



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023