KİV: Ərəb koalisiyasının Səna şəhərinə endirdiyi zərbələr nəticəsində 23 nəfər ölüb

DÜNYA

18 Yanvar 2022 | 10:17

2732 dəfə oxunub

Ərəb koalisiyasının Yəmənin paytaxtı Səna şəhərinə endirdiyi hava zərbələr nəticəsində ölənlərin sayı 23-ə çatıb.

REYD “Əl-Mayadeen” telekanalına istinadən xəbər verir ki, qurbanlar arasında qadınlar və uşaqlar, eləcə də tam ailələr də var.

Əsasən Yəmən paytaxtının şimal-qərbində “Ənsar Allah” şiə hərəkatının nəzarətində olan Əl-Libi yaşayış məntəqəsi havadan hücuma məruz qalıb.

Telekanalın məlumatına görə, beş yaşayış binası tamamilə dağılıb, onlarla binaya ziyan dəyib.

Dağıntılar altında hələ də insanlar var. Davam edən hava reydləri səbəbindən təcili yardım maşınları zərər çəkmiş əraziyə daxil ola bilməyib. Həmçinin, bu səbəbdən hadisə yerində çalışan xilasetmə qrupları axtarış işlərini dayandırmaq məcburiyyətində qalıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023