İranda ötən sutka ərzində 19 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.
REYD-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 132 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 4 060 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 231 909 nəfərə çatıb.