Ermənistanda 44 günlük müharibə ilə bağlı komissiyanın vaxtı uzadılıb

DÜNYA

04 Oktyabr 2022 | 14:04

1359 dəfə oxunub

Ermənistanda 44 günlük müharibə ilə bağlı parlament komissiyasının vaxtı daha 6 ay uzadılıb.

REYD xəbər verir ki, bunu “Vətəndaş Müqaviləsi” partiyasının üzvü, komissiya sədri Andranik Koçaryan deyib.

O, komissiyanın iyunun sonlarında Müdafiə Nazirliyindən aldığı sənədlər paketini tədqiq etdiyini bildirib: “Burada operativ səviyyədə olan 3500 mətn və qrafik sənəd (10 min səhifədən çox) var. Son iki gündə biz tədqiq edilmə səviyyəsində olan çoxsaylı sənədlər almışıq”.

Komissiya rəhbəri Müdafiə Nazirliyindən sənədlərin tədqiq olunması prosesində əlavə məlumatlar almaq üçün müraciət etdiyini qeyd edib.

Komissiyanın işinin uzadılması halında izahat verəcək şəxslərin siyahısı da hazırlanıb. “İki şəxsə dəvət artıq göndərilib. Onlardan sabiq XİN başçısı Vardan Oskanyan dəvətə görə dolayısı ilə öz narazılığını bildirib. Amma o da, digərləri də ifadə verməyə gəlməlidir”.



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023